Xalq artistinin oğlunu döydülər - RTV

Azərbaycanın mərhum xalq artisti Yuri Balayev və əməkdar artist Natalya Balayevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balayev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb. RTv Qafqaz info-ya istinadən xəbər verir ki, bu barədə Balayev özü məlumat verib. O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon Əcəmi Naxçıvani küçəsində baş verib. Balayev bildirib ki, ona tanımadığı bir nömrədən zəng gəlib. Həmin şəxslər Natalya Balayevaya məxsus olan avtomobilin onların avtomobilini sürtdüyünü bildiriblər. Artursa cızıqların bir-biri ilə uyğunlaşmadığını, həm də anasının avtomobilinin dörd gündür sürülmədiyini bildirib. Balayev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum edib. Xalq artistinin oğlunun bildirdiyinə görə, başında, üzündə, bədənində çoxlu sayda xəsarətlər var. Xəstəxanaya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Ərazi üzrə Binəqədi rayon polis idarəsinin beşinci polis şöbəsində faktla bağlı araşdırma aparılır.