Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 19 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahlar Vəliyev vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Məlumata görə, MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.
RTV xəbər verir ki, Şahlar Vəliyev İqtisadiyyat.az-a açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib:
"Təqaüd yaşına çatdığıma görə vəzifəmdən azad edilmişəm."
Qeyd edək ki, Şahlar Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, Ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.