Yağış güclənəcək, QAR yağacaq - XƏBƏRDARLIQ - RTV

Azərbaycan Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Aprelin 14-dən 15-i gündüzədək isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivliyi artacaq. Şimal-qərb qüvvəsində külək əsəcək. Havanın temperaturunun maksimal 12-16 dərəcə isti olacağı gözlənilir.

Dağlıq ərazilərdə isə qar yağacaq. Aprelin 16-da isə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Aprelin 15-i gündüz yağış yağacaq, tədricən kəsiləcək. Yağışlı hava şəraitinə əlaqədar olaraq, çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından isə qısa müddətli sel keçəcəyi ehtimalı var. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.