Tərtər rayonunda yanğın hadisəsi baş verib. Tərtər rayonunda yaşayış evi yanaraq külə dönüb. RTV-nin Qarabağ bürosunun xəbərinə görə hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini Quliyev Marifə məxsus yaşayış evində baş verən yanğın nəticəsində ev tamamilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın operativ şəkildə söndürülərək alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.