Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər... - RTV

Qlobal demoqrafik strukturda böyük dəyişikliklər gözlənilir. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək, yaşlıların sayı isə 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq.

Birləşmiş Millətlər Təşkilatının proqnozları dünya üzrə yaşlı əhali ilə bağlı siyasətlərin və sosial dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Xüsusilə Asiya və Avropa ölkələri yaşlanan əhali problemi ilə mübarizə aparmağa çalışır.

BMT-nin son hesablamalarına görə, dünya əhalisi 2030-cu ildə təxminən 8.5 milyarda, 2050-ci ildə isə 9.7 milyarda çatacaq. 2100-cü ildə isə bu rəqəmin 10.4 milyarda olacağı proqnozlaşdırılır.

Məlumatlara görə, 2030-cu ildə qlobal miqyasda 65 yaş və üzəri insanların sayı 15-24 yaş arası gənclərin sayını keçəcək. Araşdırmalara əsasən, dünyada 65 yaş və üzəri insanlar 2050-ci ildə iki dəfədən çox artaraq 1.6 milyarda çatacaq. Bu, baş verərsə, yaşlılar dünya əhalisinin 16%-dən çoxunu təşkil edəcək.