Bakı şəhərində yol polisinə müqavimət göstərən sürücü saxlanılıb. 99 QP 750 dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobilin sürücüsü yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ödənilməmiş cəriməyə görə saxlanılan sürücü, 24 yaşlı Sabir Əliyev, yol polisi əməkdaşlarını qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib. Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb. Həmçinin, avtomobilin konstruksiyasında dəyişiklik edilməsi də aşkarlanıb.