Zorla maşına mindirib qaçırmaq istədilər - RTV

Gecə saatlarında Suraxanı rayonunun Əvəz Otaq qəsəbəsində bir qrup şəxs arasında insident baş verib. Hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bir qrup şəxs əvvəlcədən tanıdıqları vətəndaşın ardınca Əvəz Otaq qəsəbəsindəki Mida yaşayış kompleksinə gəliblər. Onlar həmin vətəndaşı zorla avtomobilə mindirib aparmaq istəyiblər.

Zərərçəkmiş şəxs mağazaya daxil olaraq özünü müdafiə etməyə çalışıb. Səsgücləndirici digər vətəndaşlar da gəliblər. Hadisənin hansı səbəbdən baş verməsi və tərəflər arasındakı münasibətin nədən ibarət olması barədə məlumat verilmir.

Əldə olunan məlumata görə, hadisənin şahidi olan vətəndaşın müraciəti əsasında rayon polis orqanında araşdırma aparılır.