Pensiya alanların diqqətinə - RTV

Aprel ayının 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən məlumat yayılıb.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyaları cari ayda qrafikə uyğun olaraq ödəniləcək.