Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu ünvanlardan 75-də satış və kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim olunur.
Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları da quraşdırılıb. İşğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda, baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək, həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də mərkəzi baytarlıq laboratoriyasında müayinələr aparılır.