Sosial ödəniş alanların nəzərinə - RTV

Qurban Bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mayın 27-si və 28-i Qurban Bayramı günləridir. Hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-nə qədər olan dövrdə artıq yekunlaşmış olur.

Buna görə də, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişikliklər və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır.