Pezeşkian həmin qərarı təsdiqlədi - RTV

İran prezidenti Məsud Pezeşkian ölkədə beynəlxalq internet şəbəkəsinə çıxışın bərpa edilməsi ilə bağlı mühüm qərarı təsdiqləyib.

Prezident Pezeşkian Virtual Məkanın Tənzimlənməsi Şurası tərəfindən qəbul edilən və internetin 8 yanvar tarixinə qədərki vəziyyətinə qaytarılmasını nəzərdə tutan fərmanın icra olunması üçün Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə göndərib.

Qeyd edək ki, İranda beynəlxalq internet bağlantısı ilk olaraq yanvarın 8-də baş verən kütləvi etiraz aksiyaları zamanı təhlükəsizlik səbəbiylə tamamilə kəsilmişdi.