İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat həyata keçirilib. Mehdi Cavadov Agentliyin sədrinin rəqəmsal hökumətin idarə olunması üzrə müşaviri vəzifəsinə gətirilib.
Bu təyinata qədər Mehdi Cavadov Asan Xidmət sədrinin müşaviri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri Fərid Osmanovdur.