"WhatsApp"da bu yenilik OLACAQ - RTV

WhatsApp tətbiqində yeni dizayn dəyişiklikləri sınaqdan keçirilir. Bu yenilənmə həm Android, həm də iPhone istifadəçiləri üçün hazırlanır.

Yeni dizaynda mesajlar daha yumru görünəcək və tətbiqin görünüşü daha müasir olacaq. Bundan başqa, foto, video və qiflər əvvəlki kimi kvadrat çərçivədə deyil, daha sadə və rahat formada göstəriləcək.

Məlumatlara görə, yeni görünüş hazırda beta versiyada test edilir. Daha əvvəl Android üçün yoxlanan bu dəyişikliklər indi iPhone-larda da sınaqdan keçirilir.