1 mayın hava proqnozu açıqlandı - RTV

Mayın 1-nə gözlənilən hava şəraiti Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb. RTV-nin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısa müddətli az yağış yağacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz isə 15-19 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağıntılı olacaq, şimşək çaxacaq və dolu düşəcək. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu rayonlarda gecə 7-12 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.