Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayım edən daha bir tiktoker həbs edilib.
Məlumatda qeyd olunur ki, TikTok-da "Çevik" ləqəbi ilə tanınan Məqsəd Məcid oğlu Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, sosial media vasitəsi ilə dinə qarşı çıxışlar etməsi ilə tanınıb.
Məhkəmənin qərarına əsasən, Məqsəd Bağırov 10 sutkalıq həbs cəzasına məhkum edilib.