Xəbərdarlıqlar nəticə vermədi: Bir ailənin 4 üzvü dənizdə batdı - RTV

Hovsan ərazisində, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Qeyd olunur ki, üç nəfər isə boğulma təhlükəsindən xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Məlumatda bildirilir ki, nazirliyin kiçik həcmli gəmilərin nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilasediciləri axtarışlara cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyi iyulun 27-si və 28-də dənizə getməklə bağlı əhaliyə xəbərdarlıq edib.