Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib. Hadisə yeni Gəncə yaşayış massivində qeyd alınıb. 1995-ci il təvəllüdlü Məmməd Babayev çay evində bıçaq xəsarətləri alaraq Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. O əməliyyat olunub. Vəziyyəti orta ağırdır. Hadisənin kimlər və ya kimlər tərəfindən törədildiyi ilə bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.