Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Ağcəvə kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Hadisə 26 iyul tarixində baş verib.
Faciəvi şəkildə dünyasını dəyişən Orxan, 1993-cü il təvəllüdlü Orxan Feyrulla oğlu Əmirxanov olub. Onun meyiti sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.