Sosial şəbəkələrdə Ağdam şəhərində inşa edilmiş binalarla bağlı görüntülər yayılıb. Görüntülərdə Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib ki, Ağdam şəhərində yeni inşa edilmiş ikinci yaşayış məhəlləsində və digər yaşayış binalarında aparılmış baxış və monitorinq zamanı binaların konstruktiv elementlərində, daxili mühəndis kommunikasiya sistemlərində və digər istismar göstəricilərində nasazlıq və ya keyfiyyət uyğunsuzluğu müəyyən edilməyib.
Bununla belə, yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən əraziyə operativ baxış keçirilib.
Aparılmış araşdırmaların nəticəsində hadisənin bina konstruksiyası və ya tikinti işlərinin keyfiyyəti ilə deyil, torpaq çökməsi ilə bağlı olduğu müəyyən edilib.