İyulun 28-də Qaradağ rayonu, Ərəçizadə küçəsi, Səbayıl rayonu, 20-ci sahə dairəsi ilə əlaqələndirən 195-Y nömrəli yeni ekspres marşrut xətti fəaliyyətə başlayıb.
Neoplan markalı 7 ədəd böyük tutumlu avtobus sərnişinləri hər gün saat 06:30-dan 21:00-a qədər 30 dəqiqə intervalla xidmət göstərəcək.
Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir.
Gediş haqqı 1 manat 50 qəpik müəyyən edilib.