Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı - RTV

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun əkin sahələrinə gedən torpaq yolda qeydə alınıb.

Qəza zamanı Niva markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında infarkt keçirib. Nəticədə idarəetməni itirən sürücü avtomobili yol kənarındakı kanala aşırıb. Sürücü hadisə yerində vəfat edib.

Qeyd olunur ki, Əlizadə Əliyev rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətlərindən birində aqronom kimi çalışırmış.

Faktla bağlı araşdırma aparılır.