Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi - RTV

Məşhur repçi Elşad Xosenin səhhətində ciddi problem yaranıb.

RTV telekanalının yaydığı məlumata görə, Elşad Xose bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

İddialara əsasən, repçinin səhhəti hazırda ağır qiymətləndirilir.

Məsələ ilə bağlı Elşad Xosenin yaxınları və ya rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilmir.