İyun ayında 10 gün iş günü olmayacaq. RTV-nin məlumatına görə, iyun ayında qeyri-iş günü hesab olunan iki bayram qeyd ediləcək.
Söhbət 15 iyun Milli Qurtuluş Günü və 26 iyun Silahlı Qüvvələr Günündən gedir.
Bundan əlavə, iyun ayında 8 gün – 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazara təsadüf edir.
Beləcə, beş günlük iş həftəsində çalışanlar üçün iyun ayında ümumilikdə 10 gün qeyri-iş günü olacaq.