Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 18-21, gündüz 29-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə isə dolu düşəcəyi ehtimal olunur. Şimal küləyi əsəcək.
Havanın temperaturu dağlarda gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq. Ovalıqlarda isə gecə 18-21, gündüz 29-33 dərəcə isti olacaq.