Amerika Birləşmiş Ştatlarında 37 yaşlı Cievanni Perez 11 yaşlı oğlu Kallanı hava limanının tualetində qətlə yetirib. Hadisə Nevada ştatındakı Elko aeroportu ərazisində baş verib.
Məlumata görə, 37 yaşlı Cievanni Perez oğlu Kallan ilə birlikdə kirayə götürdükləri avtomobillə səyahət edirmiş. Avtomobil xarab olduqdan sonra, yeni nəqliyyat vasitəsi götürə bilmələri üçün maşını aerodromun dayanacağına aparıblar.
Oğlan tualetə gedib. Hələlik məlum olmayan səbəbdən ata onun ardınca tualetə daxil olaraq oğluna atəş açıb. Yaralını xilas etmək mümkün olmayıb. Bir müddət sonra ata qeydiyyat sahəsi yaxınlığında huşsuz vəziyyətdə tapılıb.
Polisin müəyyən etdiyinə görə, uşaq daha əvvəl atasına həsr olunmuş esse yazaraq "İlin atası" adlı müsabiqədə üçüncü yer qazanıb. Hadisə ilə bağlı araşdırma aparılır.