Ağcabədi rayonunun Qiyam kəndində ötən gecə baş verən yanğın zamanı 12 yaşlı oğlan həyatını itirib. Hadisə barədə məlumatı RTV-nin Qarabağ bürosu yayıb.
Kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus evdə baş verən yanğın nəticəsində, evdə olan 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayazoğlu yanıq xəsarətləri alaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.