125 saylı marşrutda kondisioner problemi - Sərnişinlər narazılıq edir - RTV

125 saylı marşrutda kondisioner problemi sərnişinlərin narazılığına səbəb olub.

Məlumatda qeyd olunur ki, 2 İyun tarixindən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq aktivləşdirilib.

Buna baxmayaraq, hələ də bəzi sərnişinlər marşrutlarda sərinlik problemi ilə qarşılaşdıqlarını bildirirlər.

Sərnişinlərin dediyinə görə, 125 nömrəli avtobusda kondisioner işləmir.

Bir sərnişin qeyd edib:

"İstidir, amma kondisioner işləmir. Bəzilərində işləyir, bəzilərində isə yox. Elələri də var ki, deyirlər ki, xarabdır."

Başqa bir sərnişin bildirib:

"Eləsinə düşmüşük ki, işləmir. Deyirlər zəng eləyin, amma hara zəng eləyəcəyik bilmirik. 125 nömrəli marşrutda vəziyyət pisdir."

Sürücü qeyd edib ki, kondisionerlərin hamısı işləkdir, lakin bəzilərində problem ola bilər.

Bakı Şəhər Nəqliyyat İdarəsindən (BŞNİ) verilən məlumata görə, idarənin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib.

"İyunun 2-dən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq fasiləsiz fəaliyyət göstərir. Lakin, gün ərzində intensiv istifadə olunan bu qədər sayda nəqliyyat vasitəsi arasında ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir."