Ukraynanın Xarkov şəhərində həlak olan Fatimə Hüseynovanın dəfn mərasimi Kürdəmir rayonunun Ərəbqübali kəndində keçirilib. Hadisə 2026-cı il iyunun 27-də baş verib.
Mərhumun atası bildirib ki, qızı Fatimənin ölüm səbəbi onu çox sarsıdıb. O, qeyd edib ki, Fatimə orta təhsilini bitirdikdən sonra Türkiyəyə gedib, daha sonra isə Ukraynanın Xarkov şəhərində tibb universitetinə daxil olub. Müharibə başlayandan sonra məcburiyyətdən Almaniyaya köçən Fatimə təhsilini onlayn davam etdirib.
"Fatimə mənim ən böyük övladım idi. Çox gözəl övlad idi. Heç vaxt valideynlərinə, cəmiyyətə, müəllimlərinə zərər vermədi. Öz savadı ilə, alman dilində sərbəst danışması ilə, ingilis dilində sərbəst danışması ilə, rus dilində, türk dilində, Azərbaycan dilində danışması ilə, həm hərəkətləri, həm də davranışı ilə, aldığı təhsillə hamının fəxri idi."
Mərhumun əmisi hadisənin təfərrüatlarını danışıb:
"Fatimə Xarkov şəhərinə gəlmişdi. İyunun 28-i axşam saatlarında, yəni iyunun 27-si axşam saatlarında Xarkov şəhərinə gəlib. 29-da bu hadisə baş verib. Bu, rusların atdığı raket nəticəsində baş verib. Raket qəlpələri qəlbəyə dəyib, başından vurmuşdular, elə yerindəcə vəfat eləyib."
Atası bildirib ki, Fatimənin iyunun 30-da diplom müdafiəsi olacaqdı.
"Fatimənin 27 yaşı var idi. Ailədə 3 uşaq idi, 2 oğlan, 1 qız. Fatimə mənim ən böyük övladım idi. O, ali təhsilini bitirdikdən sonra, müharibəyə qədər Ukraynada yaşayırdı. Müharibə başlayandan sonra məcburi şəkildə Almaniyaya köçdü. Orada təhsilini davam etdirdi. Təhsilini bitirdikdən sonra isə, iyunun 27-də Xarkov şəhərinə gəldi. İyunun 29-da raket hücumu nəticəsində həlak oldu. İyunun 30-da onun diplom müdafiəsi olacaqdı."