Azərbaycanda Qurban Bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. Bu il Qurban Bayramı 27 və 28 may tarixlərinə təsadüf edir. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbilə əlavə istirahət günü verilib. Bu səbəbdən mayın 29-u da qeyri-iş günü elan olunub.
Nəticədə, 5 günlük iş qrafiki ilə çalışanlar üçün 27 və 31 may tarixləri aralığı istirahət günləri olacaq. Onu da qeyd edək ki, 9 may Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən mayın 11-i də qeyri-iş günü müəyyənləşdirilib.
Həmçinin, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat azaldılır. Beləliklə, həftə sonları ilə birlikdə may ayında ümumilikdə 14 gün iş olmayacaq.