14 mayın hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidməti mayın 14-ü üçün gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz isə 23-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olma ehtimalı var. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 14-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 24-26 dərəcə isti olacağı proqnozlaşdırılır.