Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Boyat kənd sakini Hafiz Əliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə 2012-ci il təvəllüdlü Royal Hürbətoğlu İbrahimovu vurub.
Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.
Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz Əliyev evdə təhsil alırmış.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.