15 mayın hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidməti mayın 15-nə olan hava şəraitini açıqlayıb.

Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv yağıntı, şimşək çaxması və dolu düşməsi ehtimalı mövcuddur. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 14-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə