Bakıda faciəvi hadisə baş verib. Göyçay sakini çoxmərtəbəli binadan düşərək dünyasını dəyişib. Hadisə dünən saat 18:00 radələrində qeydə alınıb.
Məlumata görə, 2011-ci il təvəllüdlü Xəlilova Nuray Elçinqızı binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin məlumatlara əsasən, Nuray Xəlilova ehtiyatsızlıq səbəbindən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.