16 iyunun hava proqnozu açıqlandı - RTV

İyunun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu dağlarda gecə 7-12, gündüz 16-20, bəzi yerlərdə 23-26 dərəcə isti olacaq.