Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 16-da Azərbaycan ərazisində hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi ehtimal edilir. Şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 14-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 8-13 dərəcə, bəzi yerlərdə 17 dərəcə isti olacağı proqnozlaşdırılır.