İyulun 6-sı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdən nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, 2007-ci il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyidi batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.