Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb. Şəhər ərazisində qeydə alınan hadisə zamanı 2008-ci il təvəllüdlü şəxs bıçaq yarası alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həmyaşıdıdır. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.