17 aprelin hava proqnozu açıqlandı - RTV

Azərbaycanda aprelin 17-nə olan hava haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.