"İdrak" liseyində müəllimə atəş açan şagirdin atasının barəsində qərar verilib.
RTV-nin məlumatına əsasən, bu hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atasının cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib.
Qərar Binəqədi Rayon Məhkəməsində verilib.
Qərara əsasən, təqsirləndirilən Samir Şirinov Cinayət Məcəlləsinin 230-cu maddəsindən nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.