29 iyulun hava proqnozu - Temperatur rekord həddə çata bilər - RTV

Bu gün, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Dağlıq ərazilərdə isə arabir duman olacaq.

Qərb küləyi əsəcək.

Temperatur rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq.

Dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.