Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı uşaq özünü binadan ataraq xəsarət alıb.
Hadisə ilə əlaqədar iyulun 28-i saat 01:03-də əraziyə 2013-cü il təvəllüdlü oğlan uşaq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onun sağ pəncəsinin açıq yarası diaqnozu qoyulub. Uşaq təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, 103 qeydiyyat nömrəli Ceyranbatan qəsəbəsində yerləşən 9 mərtəbəli yaşayış binasının yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının, elektrik şaxtasına və sayğaclarda baş vermiş alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.