Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILACAQ - RTV

Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əmək haqlarının artırılması nəzərdə tutulur.

Bu barədə məlumat verən Mədəniyyət Nazirliyinin şöbə müdiri Vaqif Qurbanzadə, İT mütəxəssislərinin attestasiyası ilə bağlı sualı cavablandırarkən bildirib ki, attestasiya prosesindən uğurla keçən əməkdaşların əmək haqları artırılacaq.

Vaqif Qurbanzadənin sözlərinə görə, hazırda kitabxana sistemində aparılan dəyişikliklərin əsas məqsədi kitabxana fondlarının zənginləşməsinə və beynəlxalq standartlara uyğun xidmətlərin təşkili işinin təkmilləşdirilməsidir.

Şöbə müdiri qeyd edib ki, bu proses çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetiriləcək.