18 iyunun hava proqnozu açıqlandı - RTV

İyunun 18-də gözlənilən hava şəraitinə dair məlumat Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağışsız keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağışsız keçəcək.

Amma günün ikinci yarısında dağətəyi və dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir.

Yağışın qısa müddətli intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Naxçıvan MR-da isə gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

Dağlıq rayonlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Digər rayonlarda isə gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.