Bakıda FACİƏ: kişi yanaraq öldü - RTV

Bakı şəhərinin Sabunçu rayonunda 41 yaşlı şəxs yanaraq həyatını itirib. 1985-ci il təvəllüdlü Fazil İlyas oğlu Mustafayev yaşadığı mənzildə baş verən yanğın hadisəsi nəticəsində yanıq xəsarətləri alıb.

Hadisə zamanı xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.