19 mayın hava proqnozu - RTV

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 19 may tarixində Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz bəzi şəhərətrafı ərazilərdə yağış qısa müddətli intensivləşəcək və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz isə 19-23 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağış intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 13-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 20-24 dərəcə isti olacağı proqnozlaşdırılır.