Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli, intensiv aramsız yağışlar yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz əsəcək.
Havanın temperaturu rayonlarda gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. Bəzi yerlərdə isə 28-32 dərəcə isti gözlənilir.