Finlandiyada stasionar telefon rabitəsi tarixi hadisəyə çevrilir. İyulun 1-dən etibarən ölkədə fəaliyyət göstərən son telekommunikasiya şirkəti də öz fiziki şəxslər və korporativ müştərilər üçün stasionar telefon xətlərinin xidmətini dayandırır. Yeni qoşulma müqavilələrinin bağlanması bir neçə il əvvəl dayandırılıb.
Cari ilin əvvəlinə operatorun cəmi bir neçə min aktiv stasionar telefonu qalıb. Onlardan biri 2019-cu ildə, digəri isə 2026-cı ilin əvvəlində bu texnologiyadan imtina edib. Qeyd edək ki, bu rabitə sistemi Finlandiyada 100 ildən artıq müddətdə istifadə olunurdu.