Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Yeni detallar - RTV

Tbilisidə baş vermiş ağır qətl hadisəsinin yeni təfərrüatları məlum olub. Bu il iyunun 26-da kirayə mənzildə qətlə yetirilən azərbaycanlı 21 yaşlı qız Fatimə Kərimova olub. Məlumata görə, qızın xalası oğlu onu iki həftə ərzində kirayə mənzildə saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Xatırladaq ki, gənc qızın qətli barədə ilkin məlumatı sosial şəbəkədə "Sapa" təşkilatının rəhbəri Baya Pataraya yayıb.

Fatimə Kərimova ilə bağlı yayılan məlumatlara görə, o, 19 yaşında bacısı ilə birlikdə kirayə mənzildə yaşayıb. Xalasının oğlu 21 yaşlı qızı iki həftə ərzində kirayə tutduğu mənzildə saxlayıb, döyüb və sonra boğaraq öldürüb. Hadisədən sonra qızın xalası oğlu özü Azərbaycana qayıdıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya istinadən güclü sığınacaq verilib.