İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Dağlıq ərazilərdə arabir duman olacaq.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.