Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 21 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısa müddətli az yağış yağması mümkündür. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-18 dərəcə, gündüz isə 22-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi bildirilib. Yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti